Son dəqiqə

Türkiyə NATO Rəcəb Tayyib Ərdoğan Almaniya Türkiyə NATO üzvü NATO-da Türkiyənin rolu Almaniya Türkiyə əməkdaşlığı Fridrix Mers Ankara səfəri Almaniya Kansleri Türkiyə açıqlaması Fridrix Mers

Türkiyə NATO-da bizim üçün son dərəcə dəyərli bir tərəfdaşdır - Almaniya Kansleri

BAKI, TurkicWorld

Almaniya Kansleri Fridrix Mers Türkiyənin NATO-da strateji mövqeyinə diqqət çəkərək, Ankara ilə daha sıx əməkdaşlıq mesajı verib.

TurkicWorld xəbər verir ki, Mers hökumət olaraq Türkiyəyə döyüş təyyarələrinin satışı məsələsini qiymətləndirəcəklərini bildirib. O, Türkiyənin NATO-nun böyük və strateji üzvlərindən biri olduğunu vurğulayıb: “Türkiyəni özümüzə sıx şəkildə bağlamaq istəyirik.”

Kansler Türkiyənin geosiyasi baxımdan olduqca vacib bir bölgəni qoruduğunu qeyd edərək, “Türkiyə bizim üçün son dərəcə dəyərli və önəmli NATO tərəfdaşıdır. Bu tərəfdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm,” – deyə bildirib.

Eyni zaman da, Fridrix Mers, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın zamanda Ankaranı ziyarət edəcəyini də açıqlayıb.

Mövzuya görə xəbərlər