Son dəqiqə

NATO ABŞ Ukrayna Volodimir Zelenski

Ukraynanın NATO-ya üzv olması artıq gündəmdə deyil - Zelenski

Bakı, TurkicWorld

Ukraynanın NATO-ya üzv qəbul edilməsi təklifi ABŞ tərəfindən dəstəklənmədiyi üçün bu məsələ gündəmə gəlmir.

TurkicWorld AzerVoice-a istinadən xəbər veriri ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Mən bunu hər zaman demişəm: təəssüf ki, bizi NATO-ya qəbul etmirlər. Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərilmir, bu barədə danışmaq belə lazım deyil. ABŞ, NATO-nun əsas müttəfiqi olaraq Ukraynanın NATO-ya daxil olmasına dəstək vermir. Bu günə qədər vəziyyət belədir"Ş- deyə o qeyd edib.

O həmçinin bildirib ki, heç vaxt Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deməyib.

Mövzuya görə xəbərlər