Türkiyə Sergey Lavrov ABŞ Rusiya Rəcəb Tayyib Ərdoğan Ankara Hakan Fidan Marko Rubio

Rusiya və ABŞ rəsmiləri ABŞ konsulluq iqamətgahında görüşəcək

BAKI,TurkicWorld

Bu gün Rusiya və ABŞ rəsmiləri diplomatik gərginliyi azaltmaq üçün ABŞ konsulluq iqamətgahında görüşəcək.

TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə səfirlik fəaliyyətlərinin normallaşdırılması müzakirə olunacaq.

Son illərdə Moskva və Vaşinqton arasında diplomatik münasibətlərdə bir sıra gərginliklər yaşanıb. Xüsusilə, səfirlik və konsulluqların fəaliyyətinə qoyulan məhdudiyyətlər və viza məsələləri iki ölkə arasında müzakirə olunan əsas problemlərdən biridir.

Bu çərçivədə keçiriləcək görüşün, hər iki tərəf üçün yeni həll yollarının tapılmasına töhfə verəcəyi gözlənilir.

Rusiya və ABŞ arasında münasibətlərin mürəkkəb olduğu bir dövrdə baş tutacaq bu görüş, iki ölkə arasında diplomatik əlaqələrin normallaşdırılması istiqamətində mühüm addım hesab edilir.

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirilən mətbuat konfransında Rusya və ABŞ nümayəndə heyətlərinin səfirlik fəaliyyətlərinin normallaşdırılmasını müzakirə etməyi planlaşdırdıqlarını bildirib.

Riyadda keçirilən 4,5 saatlıq görüşdən sonra Rusiya tərəfi, iki tərəfin ən qısa zamanda səfir təyin etməyi qərara aldığını açıqlamışdı.

Həmçinin qeyd edək ki, Lavrov, 24 fevralda Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə Ankaraya bir səfər edib və burada Türkiyə Prezidenti Ərdoğan və Xarici İşlər Naziri Fidan ilə görüşüb.

Mövzuya görə xəbərlər