Son dəqiqə

ABŞ

ABŞ-da təyyarə yaşayış məntəqəsi üzərinə düşüb

Bakı,TurkicWorld

ABŞ-ın Filadelfiya şəhərində təyyarə qəzası baş verib.

TurkicWorld xəbər verir ki, təyyarənin yaşayış məntəqəsinin üzərinə düşməsi nəticəsində ölənlərin olduğu bildirilir.

Təyyarə Şimal-şərq Filadelfiya hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb və çoxsaylı yanğınlara səbəb olub.

ABŞ-ın Nəqliyyat naziri Şon Daffi mətbuatda yayılan xəbərləri dəstəkləyərək təyyarədə 6 nəfərin olduğunu bildirib.

Hadisə yerinə göndərilən təcili yardım briqadaları hadisə şahidlərinin güclü partlayış səsləri eşitdiyini və bir çox avtomobilin yandığını bildirib.

Mövzuya görə xəbərlər