Bakı,TurkicWorld
İranın dini lideri Ayətulla Seyid Əli Xameneinin ivrit dilində açdığı X hesabı bağlanıb.
TurkicWorld xəbər verir ki, Xameneinin hesabına girmək istəyən istifadəçilər, "Hesab dayandırılıb. X qaydaları pozan hesabları dayandırır", deyə xəta ilə üzləşirlər.
Bir neçə gün öncə Xamenei öz hesabında paylaşım etmişdi. Hesabının bağlanma səbəbi kimi bu göstərilir.
"Sionist rejimin İrana qarşı səhv hesablaması var. Bu pozulmalıdır. Onlar hələ də İranın qüdrətini, qabiliyyətini və iradəsini tam dərk anlaya bilməyiblər",- deyə Xamenei paylaşım etmişdi.
Mövzu ilə bağlı X rəsmiləri və Xamneyi açıqlama verməyib.
Qeyd edək ki, Xamenei fars, türk, ingilis, urdu, ispan və başqa dillərdə də hesabları var.






