Son dəqiqə

Fransa

Fransada yeni hökumətin tərkibi təsdiqlənib

Bakı. TurkicWorld

Fransada yeni hökumətin tərkibi təsdiqlənərək elan olunub.

TurkicWorld xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.

"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.

Fransa Silahlı Qüvvələr naziri postunu yenə Sebastyan Lekornyu tutacaq.

Mövzuya görə xəbərlər