Bakı,TurkicWorld
Braziliyada “X” platformasının sahibi milyarder Elon Muskla uzun sürən münaqişədən sonra, Braziliya Ali Məhkəməsi pratformaya giriş bloklanmağa başlayıb.
TurkicWorld xəbər verir ki, əvvəllər Twitter adlanan platforma bu gün səhər saatlarında əlçatmaz oldu.
Braziliyada istifadəçilər hər dəfə veb-sayta daxil olmağa cəhd etdikdə brauzerlərini yeniləmək tələbi ilə üzləşiblər.
Hesablamalara görə, Braziliyada 22 milyon X istifadəçisi var.
Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin məsələ ilə bağlı açıqlama verib.
“Məhkəmənin qərarlarına əməl edilənə və cərimələr ödənilənə qədər X platforması bütün ölkə daxilində dayandırılmalıdır”,- deyə o bildirib.
De Moraes X-i nifrət nitqinin və saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbir görməməkdə günahlandırıb. Musk isə hakimi senzurada ittiham edib və onu “şər diktator” kimi qələmə verib.