Bakı, TurkicWorld
Ukrayna Baş Qərargahı ABŞ istehsalı olan F-16 qırıcısının avqustun 26-da Ukraynada qəzaya uğradığını təsdiqləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahın Telegram hesabından edilən yazılı açıqlamada qeyd edilib.
Paylaşımda, 26 avqustda Rusiyanın Ukraynaya intensiv hava hücumları zamanı Ukraynaya məxsus F-16 təyyarələrinin missiya uçuşları etdiyi bildirilib.
Qeyd edilib ki, F-16-lar raket hücumunu dəf etmək üçün vəzifə yerinə yetirirdi.
“Hava döyüşləri zamanı F-16 təyyarəsi yüksək effektivlik nümayiş etdirib, düşmənin 4 qanadlı raketi hava-desant silahları ilə vurulub.” – deyə payıaşımda vurğulanıb.
Hafiz Rufizoğlu