Bakı,TurkicWorld
NATO dünən Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Polşanın hava məkanına daxil olması ilə bağlı edilən bildirişə cavab verib.
TurkicWorld xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Farah Dakhlallah açıqlama verib.
“Bunun qəsdən olduğuna dair heç bir məlumat yoxdur, lakin məsuliyyətsizlik və potensial təhlükəlidir”,- deyə NATO-dan bildirilib.
Dakhlallah 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Rusiya PUA və raketlərinin hissələrinin NATO ölkələri ərazisində bir neçə dəfə tapıldığını ifadə edib.
Ukrayna prezidenti Vladimir Zelenski də dünən Rusiya ordusunun ölkəsinə intensiv hava hücumu həyata keçirdiyini və hücumda 100-dən çox raket və 100-ə yaxın PUA-dan istifadə edildiyini bildirib. Zelenski dünənki hücumu ölkəsinə qarşı ən şiddətli hücumlardan biri kimi qiymətləndirib.