Bakı, TurkicWorld
Bosniya və Herseqovinada orta məktəbdə baş verən atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
TurkicWorld xarici KİV-lər-ə istinadən xəbər verir ki, hadisə Sanski-Most şəhərində baş verib.
Məlumata görə, hadisəni törədən şəxs məktəbin əməkdaşlarından biridir. Məktəbin direktoru və katibinin də ölənlər arasında olduğu bildirilib.
Hadisə törədən şəxsin həbsi ilə bağlı hələlik məlumat yoxdur.