Son dəqiqə

Bosniya və Herseqovina COP29

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfərə gəliblər

Bakı. TurkicWorld:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyət üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına gəliblər.

TurkicWorld xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzuya görə xəbərlər