Bakı, TurkicWorld
Portuqaliyada turizmin yüksəlişi ölkənin paytaxtı Lissabonun dar küçələrinin “tuk-tuk” adlı kiçik elektrik taksiləri ilə tamamilə tıxaca bürünməsinə səbəb olub.
TurkicWorld xəbər verir ki, yerli sakinlər turist axınının hətta onların evlərini tərk etməsinə də mane olduğunu bildirərək, etiraz etməyə başlayıblar.
Sakinlər və yerli medianın məlumatına görə, park edilmiş taksilər onların yollarını bağladığından, sakinlər bəzən evlərini belə tərk edə bilmirlər.
Lissabon merinin müavini şəhərin dar küçələrində istifadə edilməsinə icazə verilən taksilərin sayını məhdudlaşdırmağı təklif etsə də, bu tədbir hələ də həyata keçirilməyib.
Lissabonun məşhur məhəlləsi olan Sintrada aktivistlər bəziləri portuqalca, bəziləri isə ingiliscə yazılmış “cənnətdə tıxaclar” və “Sintra Disneyland deyil” kimi mesajlarla etiraz aksiyasına başlayıblar.
Digər tərəfdən, yerli əhali üçün əsas məqsəd turistləri qorxutmaq deyil, əsas məsələni diqqətə çatdıra bilməkdir. Onlar həddindən artıq turist axınının onların həyatlarına da mənfi təsir göstərdiyinə görə etiraz edirlər.
Barselonada turistlərə su səpmək və həddindən artıq dolu avtobus marşrutunu turistlərdən gizlətmək üçün Google xəritələrindən silmək də daxil olmaqla, anti-turizm hərəkatı yaranıb. Bu məsələyə cavab olaraq, yerli məmurlar turist vergilərini artıraraq, Airbnb kirayələrinə qarşı sərt tədbirlər görəcəklərini vəd ediblər.
Keçən il Mayorka sakinləri yerli çimərliklərdə turistləri uzaq durmaq mövzusunda xəbərdar edən saxta lövhələr yerləşdirib, həmçinin qonşu İbizada da həddindən artıq olan turist axınına qarşı etirazlar keçirilib.
Qeyd edək ki, həddindən artıq turist axınına verilən termin olan Overturizm , ziyarətçilərin və onların pullarının sakinlərə fayda verməyi dayandırdığı bir nöqtəni təsvir edir. Bunun əvəzinə, turistlər tarixi yerləri pisləşdirərək zərər verirlər və ərazidə yaşayan yerli əhalinin həyatının da nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olurlar.
Bir çox yerli sakinlər səlahiyyətli şəxslərdən daha keyfiyyətli turizmi təşviq etmələrini istəyirlər. Belə ki, nəticədə ziyarətçilər bir yerdə daha uzun müddət qalır və getdikləri yerdə də daha çox pul xərcləyirlər.