Son dəqiqə

İsrail Tel-Əviv

İsrailin paytaxtı Təl-Əvivdə baş verən partlayışda bir nəfər ölüb

Bakı, TurkicWorld

İsrailin paytaxtı Təl-Əvivdə baş verən partlayışda bir nəfərin ölüb, bir nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail polisi açıqlama verib.

Açıqlamada bildirilib ki, Təl-Əvivin Lahi küçəsində "partlayıcı qurğu" ilə partlayış baş verib.

İsrail dövlət televiziyası KAN-ın xəbərində 50 yaşlarında bir kişinin partlayışda həyatını itirdiyi bildirilib.

Qeyd edilib ki, İsrailin daxili kəşfiyyat agentliyi Şin-Bet hücum cəhdi ehtimalını qiymətləndirmək üçün istintaqa qatılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər