Bakı,TurkicWorld
Pakistanın Bəlucistan əyalətində otelin qarşısında oturan insanlara əl qumbarasının atılması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, polis hücumda bir nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.
Səhiyyə rəsmiləri yaralıların müalicə altına alındığını bildiriblər.
Qumbara atma aksiyası xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur.
Hücumu edənlər Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir.
Buna görə də onlar Pakistan Təhlükəsizlik qüvvələrini, polis məmurlarını və mülki şəxsləri hədəf alan hücumlar təşkil edir.