Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı UNRWA

Qəzzada köçkünlərin sığındığı 21 məktəbə hücumda 274 nəfər ölüb

Bakı, TurkicWorld

İyulun 4-dən bu yana Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı 21 məktəbə soyqırım törədən İsrail tərəfindən həyata keçirilən hücumlarda 274 nəfər ölüb.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlama verib.

Bildirilib ki, son 10 ayda məcburi köçkün fələstinlilərin Qəzzaya sığındığı məktəblərin yarıdan çoxu birbaşa hücuma məruz qalıb.

Açıqlamada Qəzzada təcili olaraq atəşkəsə ehtiyac olduğu vurğulanıb.

Məlumat üçün qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 929 fələstinli ölüb, 92 min 240 nəfər yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər