Bakı, TurkicWorld
İsrail ordusu, Qəzza zolağının cənubunda Xan Yunus şəhərinin “təhlükəsiz humanitar zona” olaraq təyin edilən Əl-Məvasi bölgəsi və şəhərin şərqindəki bir evi hədəf alan hücumlarda 2-si uşaq olmaqla ən azı 10 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, hücum zamanı çoxlu sayda insan yaralanıb.
Hücumlarda yaralanan fələstinlilərin sayı ilə bağlı hələlik məlumat paylaşılmayıb.
Hafiz Rufizoğlu