Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Benyamin Netanyahu

Qəzzaya hücumlarda 15 min mülki şəxs həlak olub - Netanyahu

Bakı, TurkicWorld

Qəzzaya hücumlarda 15 min mülki şəxs həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail baş naziri Benyamin Netanyahu deyib.

Qəzza zolağında 40 minə yaxın fələstinlini qətlə yetirən Netanyahu hökuməti, 7 oktyabrdan bəri HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadalarının 15 min üzvü və 15 min mülki vətəndaşın bölgəyə edilən hücumlarda həyatını itirdiyini iddia edib.

Netanyahu iddia edib ki, İsrailin keçmişdə atdığı addımlar İranın uranı zənginləşdirməsini gecikdirib.

“Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün hər şeyi edəcəyik” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər