Son dəqiqə

Ermənistan KTMT

Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib

Bakı, TurkicWorld

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək təlimlərində təmsil olunmayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bu tarixlərdə Qırğızıstan ərazisində KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024", "Axtarış 2024", həmçinin "Eşelon-2024 manevrləri keçiriləcək.

Qeyd edək ki, Ermənistan bundan əvvəl də KTMT-nin 14-16 avqust tarixlərində keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Mövzuya görə xəbərlər