Bakı. TurkicWorld
İsrail Hərbi Hava Qüvvələri Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.
TurkicWorld xəbər verir ki, hava hücumunda “F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.
Belə ki, Hudeydə limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb.