Son dəqiqə

futbol

Dünyanın ən bahalı futbolçuları açıqlanıb

Bakı. TurkicWorld

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlanıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, AVRO-2024 və Amerika kubokundan sonra cədvəldə 4 futbolçu zirvəni bölüşür.

Cud Bellinqem, Erlinq Haland, Vinisius Junior və Kilian Mbappenin qiyməti 180 milyon avrodur. Haland “Mançester Siti”ni, digərləri “Real”ı təmsil edir.

İlk “beşliy”i Fil Foden qapayır. Erlinqin komanda yoldaşının dəyəri 150 milyondur.

Qeyd edək ki, dünyada yalnız 19 futbolçunun qiyməti 100 milyon və daha yüksəkdir.

Mövzuya görə xəbərlər