Son dəqiqə

futbol

UEFA Konfrans Liqası: "Osiyek" - "Zirə" görüşündə ilk hissə başa çatıb

Bakı. TurkicWorld

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ilk hissə yekunlaşıb.

TurkicWorld xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri fasiləyə üstün yollanıblar - 1:0.

Anton Matkoviç (39`) fərqlənib.

xxx

21:50

“Zirə” növbəti avrokubok matçına çıxacaq.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirəcək.

Rəşad Sadıqovun yetirmələri “Osiyek”lə üz-üzə gələcəklər. Bakı klubu Xorvatiyada səfər sınağına çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
22:00. “Osiyek” (Xorvatiya) - “Zirə”
Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan)
"Osiyek": 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Juqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Baş məşqçi: Federiko Koppitelli
“Zirə”: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 70. İssa Cibrila, 18. Martins Junior, 8. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov

Mövzuya görə xəbərlər