Bakı, TurkicWorld
İngiltərədə uşaqlara verilən ən populyar oğlan adları arasında Muhammed adı yeni birinciliyini qoruyur.
TurkicWorld xəbər verir ki, San-Fransisko, Nyu-York, Çikaqo və Los-Ancelesdə yerləşən onlayn media şirkəti BabyCentre, Avropada son dövrlərin ən populyar körpə adlarını açıqlayıb.
BabyCentre tərəfindən paylaşılan məlumatlara görə, İngiltərədə oğlan uşaqlarına verilən ən məşhur körpə adı yenə Muhammed olaraq qalır.
Qeyd edək ki, Müsəlman icması paytaxt Londonun 8,6 milyon əhalisinin 12 faizini təşkil edir. İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət Böyük Britaniyada təxminən 3 milyon müsəlman yaşayır.
Mohammad və ya Mohammed kimi müxtəlif yazılış formasına baxmayaraq, Muhammad adının dünyada ən məşhur ad olduğu düşünülür.
Birinciliyini qoruyan Muhammed adından sonra isə Noah adə gəlir.
İlk üçlükdə Teo, üçüncü yerdə isə Oliver və Artur (Arthur) qərarlaşıb. Cekin (Jack) üçüncü yerdən onuncu yerə düşməsi diqqət çəkən məqamdır.
Ölkədə körpə qızlara ən çox verilən adlar arasında Olivia birinci, ondan sonra Amelia, İsla, Lily və Ava gəlir.
"Zeytun ağacı" mənasını verən Olivia adı da keçən il ABŞ-da ən məşhur ad idi.
BabyCentre bəzi adların populyarlığının filmlər, kral ailələri və musiqidən təsirləndiyini və Taylor kimi adların populyarlığının məşhur müğənni Taylor Swift sayəsində ikiqat artdığını bildirib.
BabyCentre həmçinin qeyd edib ki, Lyra, Luna və Sage kimi cadu temalı adlara meyl var və William, Charles və Harry kimi ənənəvi kral adlarının populyarlığı isə getdikcə azalır.
Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) da ötən il doğulan uşaqlara ən çox verilən adların reytinqini açıqlayıb.
Fransada artan vintage ad tendensiyası ilə Louise, Jade, Gabriel və Ambre kimi adlar populyar olaraq qalır.
Gabriel (Cəbrayıl) həm Xristianlıqda, həm də İslamda çox əhəmiyyətli bir yerə sahib olmaqla, 2000-ci illərdən bəri bir ad olaraq populyarlığı artmışdır. Gabriel (Qabriel) o vaxtdan bəri bir çox siyahılarda Top 50 oğlan adları arasında öz yerini qoruyur.