Bakı. TurkicWorld
Çexiyanın Parisdəki səfirliyinin binalarından birində yanğın olub, yanğın söndürülüb, xəsarət alanlar var.
TurkicWorld-un məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Dreyk deyib.
"Təsdiq edə bilərik ki, yanğın olub və hazırda söndürülüb", - deyə o bildirib. XİN rəsməsi qeyd edib ki, kompleksin diplomatik hissəsinə ziyan dəyməyib.
Məlumata əsasən, 3 nəfər zəhərlənib və müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.