Bakı, TurkicWorld
Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.
TurkicWorld xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti (IMD) bildirib.
Qeyd edilib ki, Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.
Səhiyyə rəsmiləri Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat da paylaşıblar.
IMD, təkcə Hindistanda deyil, Benqal körfəzi və Ərəbistan dənizi də daxil olmaqla yaxın bölgələrdə 240 min ildırım vurduğunu açıqlayıb.
Məlumat üçün qeyd edək ki, IMD yaxın beş gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.
Hafiz Rufizoğlu