Son dəqiqə

Fransa parlament seçkiləri

Fransada parlament seçkilərin birinci turu üçün seçki kampaniyası başlayır

Bakı,TurkicWorld:

Bazar ertəsi Fransada növbədənkənar parlament seçkilərinin birinci turu üçün seçki kampaniyası başlayır.

TurkicWorld xəbər verir ki, Fransanın 577 seçki dairəsində namizədlər qeydə alınıb.

Fransnın Baş naziri Qabriel Attal bildirib ki, prezident düşərgəsi 60-dan çox seçki dairəsində namizədlər irəli sürməyəcək.

Avropa Parlamentinə keçirilən seçkilərdə 30%-dən çox səs toplayan Milli Rallidən namizəd Cordan Bardella təcrübəsizliyinə baxmayaraq, baş nazir postunu tutmağa çalışır. Partiyanın təsisçisi Marin Le Pen Milli Assambleyadakı fraksiya sədri postunu saxlamaq niyyətindədir və artıq qələbə qazanacağı təqdirdə prezidentin istefasını tələb etməyəcəyini bəyan edib.

İkinci yerdə, rəy sorğularına görə, 25% səslə Yeni Xalq Cəbhəsi qərarlaşıb.

Qeyd edək ki, ötən həftəsonu Fransada ifrat sağçıların mümkün qələbəsinə qarşı etirazlarda polisin məlumatına görə 250 min, həmkarlar ittifaqlarının məlumatına görə isə 640 min insan iştirak edib.

Mövzuya görə xəbərlər