Son dəqiqə

İran İbrahim Rəisi

İran prezident seçkilərində Pezeşkian namizədliyini açıqlayıb

Bakı. TurkicWorld:

İranın islahatçı qanadının üzvlərindən, daha əvvəl namizədliyinə Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Pezeşkian prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan ilk şəxs olub.

"İranla bağlı milli və beynəlxalq səviyyədə belə bir təəssürat yaranıb ki, insanlar səsvermədən narazıdır. Mənim seçkilərdə iştirak etmək niyyətim xalqın seçkilərdə iştirakını artırmaqdır" – deyə Pezeşkian bildirib.

Xatırladaq ki, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə naziri vəzifəsində çalışmış Pezeşkian 2021-ci il prezident seçkilərində onun mayın 19-da helikopter qəzasında həlak olan prezident İbrahim Rəisiyə qarşı namizəd olmaq istəyi Konstitusiyanın Mühafizəçilər Şurası tərəfindən veto edilib.

Rəisinin ölümündən sonra alınan qərarla seçkilər iyunun 28-də keçiriləcək.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər