Misir Rəfaha hücumla bağlı məcburi köçü pisləyib

Misir Rəfaha hücumla bağlı məcburi köçü pisləyib

Bakı, TurkicWorld:

Misir İsrail-HƏMAS müharibəsinin ilk dəqiqəsindən fələstinlilərin öz torpaqlarından Sinaya və ya hər hansı başqa yerə məcburi köçünü tamamilə rədd edərək aydın mövqe nümayiş etdirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

"İsrailin bir milyondan çox insanın yaşadığı Rafah şəhərinə hücum planı və insanların məcburi köçü qəbuledilməzdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01