İsraili hədəf alan raketlərin dəqiqliyi “ikinci dərəcəli məsələdir”

İsraili hədəf alan raketlərin dəqiqliyi “ikinci dərəcəli məsələdir”

Bakı, TurkicWorld

İran lideri Əli Xamenei ölkənin hərbi rəhbərlərlə görüşündə İsrailə “atılan raketlərin sayı və ya hədəfə tuş gəlib-gəlməməsi məsələsinin ikinci dərəcəli, məsələ olduğunu” deyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, rejimdə əsas və son söz sahibi olan Xamenei, “Əsas məsələ İran xalqının və silahlı qüvvələrinin iradə gücünün beynəlxalq səhnədə təzahürüdür və bu, qarşı tərəfin narahatlığının sübutudur”-deyib

Qeyd edək ki, bu ayın əvvəlində İranın Dəməşqdəki konsulluğunun İsrail tərəfindən bombalanmasından sonra İran və İsrail arasında gərginlik artıb.

Buna cavab olaraq,30 ildir ki İsraili yer üzündən silməklə hədələyən İnqilab Keşikçiləri İsrailə ilk birbaşa hücumda 300-dən çox ballistik və qanadlı raketlər və intiharçı pilotsuz təyyarələr buraxıb.
Təl-Əviv bildirib ki, müttəfiqlərinin köməyi ilə hücumun 99 faizinin qarşısını ala bilib və ölkəyə yalnız məhdud ziyan vurulub. İranın hücumu hərbi hava limanını və Dimona nüvə obyektini hədəf alıb.

İsrail cümə günü səhər saatlarında nüvə obyektlərinin yaxınlığında, həssas yerdəki hərbi hava limanını hədəf alaraq məhdud əməliyyata başlayıb. Bunlardan ən mühümləri İsfahan nüvə tədqiqat reaktoru və Natanz uran zənginləşdirmə obyeklərinə edilən hücumlar olub.

Maraqlısı budur ki ilk saatlarda İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin Amerika mediası İsrail mənbələrinə istinadın bildiriblər ki, hücum İran hava məkanından kənardan 3 raket atmış qırıcı tərəfindən həyata keçirilib və peyk görüntüləri hava limanında S-300 radar sisteminin zədələndiyini təsdiqləyib.

Lakin bütün bunlar abaxmayaraq , ümumiyyətlə, Tehran məsələni əhəmiyyətsiz hesab edib və qisas almaq niyyətində olmadığını bildirib, görünür, bu regional müharibədən qaçmaq üçün hesablanmış cavabdır.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Amerikanın “NBC” telekanalına müsahibəsində deyib ki, “Baş verənlər İranda uşaqların oynadığı iki və ya üç pilotsuz təyyarə idi”. Dolayısıyla Tehran ölkə ərazisinə hücumu uşaq ouuncağı adlandırıb.

Bir çox analitiklər razılaşdılar ki, İsrailin məhdud zərbəsi “Tərəflərin birbaşa müharibəyə girəcəyi təqdirdə nüvə obyektlərinə və həssas obyektlərə minimal səylə çata biləcəyinə dair Tehrana bir mesajdır”.

Xameneyinin İsfahanda baş verənləri şərh etməkdən yayınması və İnqilab Keşikçiləri, ordu, polis qüvvələri və silahlı qüvvələrin fəaliyyətindən məmnunluğunu ifadə etməsi diqqət çəkən məqamdır.