Bakı, TurkicWorld:
Avropa İttifaqı (Aİ) Türkiyə ilə müsbət və sabit münasibətlərin inkişafı mövzusunda həmfikirdir və Kipr danışıqlarının bərpasına əhəmiyyət verir.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mİşel l Brüsseldə keçirilən Aİ sammitinin ilk gün iclaslarının sonunda mətbuata açıqlamasında bildirib.
"Türkiyə ilə müsbətyönümlü sabit əlaqələr qurmaq istəyirik. Kiprdəki vəziyyətin son dərəcə vacib olduğunu vurğulamaq istərdim. Biz Kiprdəki vəziyyətlə xüsusilə də BMT-nin həll prosesi ilə yaxından maraqlanırıq", - deyə o əlavə edib.