Qəzzada atəşkəs tələb edən qətnaməsinin icrası məcburidir – Rusiya XİN

Qəzzada atəşkəs tələb edən qətnaməsinin icrası məcburidir – Rusiya XİN

Bakı. TurkicWorld:

Qəzzada atəşkəs tələb edən qətnaməsinin icrası məcburidir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsi BMT-yə üzv olan bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir.

“BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına əməl etməyə və onları həyata keçirməyə razıdırlar. Təhlükəsizlik Şurasının qərarları BMT-nin bütün ölkələri tərəfindən yerinə yetirilməlidir. Müvafiq olaraq, BMT Təhlükəsizlik Şurasının zəruri hallarda qərarlara əməl edilməməsini qiymətləndirmək səlahiyyəti var.” – deyə Zaxarova qeyd edib.

O bildirib ki, Rusiya sözügedən qərarın dərhal həyata keçirilməsinin tərəfdarıdır.

Hafiz Rufizoğlu