Mərakeşlilər İsraillə normallaşmaya etiraz edib

Mərakeşlilər İsraillə normallaşmaya etiraz edib

Bakı. TurkicWorld:

Dünən gecə minlərlə mərakeşli Kasablanka, Rabat və Tanjer küçələrinə çıxaraq İsrailin Qəzzada apardığı müharibəyə etiraz edib və Mərakeşin İsraillə normallaşma əlaqələrini pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, onlar İsrailin fələstinlilərə qarşı törətdiyi vəhşi qətliamlara, Qəzzada dağıntılara və ərəb dövlətlərinin səssizliyinə yox demək üçün aksiya keçiriblər.

Xatırladaq ki, 2020-ci ildə İsraillə əlaqələri normallaşdıran Mərakeş İsraili Qəzzada apardığı müharibədə beynəlxalq hüququ pozmaqda günahlandırsa da, dövlətlə əlaqələrini nəzərdən keçirəcəyi ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01