Yaponiyada zəlzələ baş verib

Yaponiyada zəlzələ baş verib

Bakı, TurkicWorld:

Yaponiyanın şimal-şərqindəki Kuji şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat verib.

Zəlzələ yerin 72,9 kilometr dərinliyində baş verib.

İlkin məlumatlara görə, dağıntılar və insan tələfatı yoxdur.