BMT Təhlükəsizlik Şurası Qəzza zolağında daha çox iş görməlidir - Fransa

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında daha çox iş görməlidir - Fransa

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Qəzza zolağında daha çox iş görməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Riviere BMT Təhlükəsizlik Şurasında keçirilən qapalı Qəzza sessiyasından əvvəl mətbuata açıqlama verib.

De Rivere qeyd edib ki, Qəzzadakı sülh proseslərində gecikmə olmamalıdır.

Fransada keçirilən qapalı iclasda yeni qətnamə layihəsi təqdim edəcəyini açıqlayan de Riviere qeyd edib ki, dərhal atəşkəs çağırışı olacaq.

De Riviere bildirib ki, qətnamə layihəsində məhbusların qeyd-şərtsiz azad edilməsi, 7 oktyabr hücumlarının pislənməsi və humanitar yardımların əldə edilməsi də yer alacaq.

Qanun layihəsində Qəzza zolağının yenidən qurulması və Fələstin rəhbərliyinin Qəzzaya nəzarəti ilə bağlı maddələrin də yer alacağını bildirən Fransa səfiri, iki dövlətli həllin də vurğulanacağını bildirib.

Hafiz Rufizoğlu