Husilər 86 İsrail, ABŞ və İngiltərə gəmisini hədəf alıblar

Husilər 86 İsrail, ABŞ və İngiltərə gəmisini hədəf alıblar

Bakı, TurkicWorld

Yəməndəki husilər noyabr ayından bu yana Qırmızı dəniz ,eləcə də Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəf alıblar.

TurkicWorld AzerVoice -a istinadən xəbər verir ki,İran dəstəkli Husiləriun hücümlarının sayını hərəkatın lideri Əbdülməlik əl-Husi açıqlamasında deyib.

Husi çıxışında hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığını, beləliklə də Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərə ilə əlaqəli gəmilərin ümumi sayınının 86 olduğunu bildirib.

Husilərin bu həftə ərzində həyata keçirdiyi 10 əməliyyatda “düşmən” hədəflərinə 37 ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini bildirən Husi, əməliyyatların sırf İsrailin Qəzzada dinc insanlara qarşı keçirilən hərbi əməliyyatlara cavab olaraq edildiyini bildirib.

İsrailin Qırmızı dənizdə naviqasiyasının əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən Husi, İsrailin Qəzza zolağına hücumlarının dayanmadığı təqdirdə əməliyyatlarının davam edəcəyini vurğulayıb.

– Qırmızı dənizdəki vəziyyət

İranın dəstəklədiyi Yəməndə husilər 31 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə və bəzi gəmilərə qarşı da raket hücumları həyata keçirməyə başlayıblar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki naviqasiyalarını dayandırmaq qərarına gəlib.

31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.