ABŞ Yəməndə husilərə məxsus PUA-ları vurub

ABŞ Yəməndə husilərə məxsus PUA-ları vurub

Bakı. TurkicWorld:

ABŞ Yəməndə husilərə aid dörd Pilotsuz Uçuş Aparatına (PUA) qarşı müdafiə hücumu həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media hesabında paylaşım edib.

"Bu tədbirlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və onun ticarət gəmiləri üçün daha təhlükəsiz etmək üçün həyata keçirilir", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına görə Yəmən sahillərində İsrail şirkətlərinə aid olduqlarını dedikləri ticarət gəmilərini ələ keçirib, bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb.

ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin nəzarətində olan ərazilərə hücumundan sonra husilər bütün ABŞ və İngiltərə gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

X: Lamanasadli01