İsrail Suriyaya raket zərbələri endirib, ölənlər var

İsrail Suriyaya raket zərbələri endirib, ölənlər var

Bakı, TurkicWorld

İsrailin hərbi hava qüvvələrinin Hələbə raket zərbələri endirməsi nəticəsində, çoxlu sayda mülki vətəndaş və əsgər ölüb. TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Suriya Müdafiə Nazirliyinin bu gün səhər verdiyi açıqlamda deyilir.

Əsəd rejiminin Müdafiə Nazirliyinin açıqlamasında raket zərbələrinin Hələbin cənub-şərqindəki Ariya bölgəsinə edildiyi bildirilir.

Suriya rejimi təhlükəsizlik mənbələrinin Reuters-ə açıqlamsında qeyd olunur ki, İSrailin hərbi hava reydləri nəticəsindəbeşi Livan Hizbullah qruplaşmasının üzvü olmaqla 38 nəfər həlak olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu öz növbəsində cümə günü səhər saatlarında İsrailin Suriyanın şimalındakı Hələbdə “Livan Hizbullahına məxsus raket anbarlarının ətrafını hədəf alan” hava hücumu nəticəsində azı 36 Suriya əsgərinin öldürüldüyünü bildirib.