İsrail istədiyi hər şeyi almayıb- ABŞ Baş Qərargah rəisi

İsrail istədiyi hər şeyi almayıb- ABŞ Baş Qərargah rəisi

Bakı, TurkicWorld

İsrail tələb etdiyi bütün silahları almayıb, buna səbəb qismən də prezident Co Bayden administrasiyası onlardan ən azı bəzilərini verməyə hazır olmamasıdır. TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Q. Braun deyib.

Q. Braun onu da qeyd edib ki, İsrail ABŞ-dan bəzi halda imkanlarımız xaricində olan tələblər edir bəzən isə, hal hazırda edə bilməyəcəyimiz istəklər irəli sürür.
Qedy edək ki, Vaşinqton uzunmüddətli müttəfiqi olan İsrailə illik 3,8 milyard dollar dəyərində hərbi yardım edir.

Məlumat üçün bildirək ki, Birləşmiş Ştatlar İsrailə hava hücumundan müdafiə vasitələri və döyüş sursatlarının çatdırılmasını sürətləndirir, lakin bəzi demokratlar və ərəb amerikalı qruplar Bayden administrasiyasının İsrailə davamlı dəstəyini tənqid edirlər.