ABŞ-da körpünün uçması nəticəsində həyatını itirənlərin sayı açıqlanıb

ABŞ-da körpünün uçması nəticəsində həyatını itirənlərin sayı açıqlanıb

Bakı, TurkicWorld:

Dünən ABŞ-ın Merilend ştatında yük gəmisinin Francis Scott Key körpüsünün sütunlarından birinə çırpılması nəticəsində Patapsko çayına düşən səkkiz inşaat işçisindən altısının öldüyü təxmin edilir.

TurkicWorld xəbər verir ki, səlahiyyətlilər altı işçinin axtarışlarının davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, dünən ABŞ-da böyük yük gəmisi Francis Scott Key körpüsünə çırpılıb və zərbədən sonra gəmidə yanğın başlayıb.

Zərbə nəticəsində təxminən 2,57 kilometr uzunluğunda olan körpünün böyük bir hissəsi dağılıb və körpüdə olan çoxlu sayda avtomobil Patapsko çayına düşüb.

Qəzadan sonra ştatda fövqəladə vəziyyət elan edilib və axtarış-xilasetmə qrupları qəza zamanı körpüdə təmir işləri aparan səkkiz inşaatçıdan ikisini xilas edib.