ABŞ-da sosial media istifadəçiləri üçün yaş məhdudiyyəti gətirilib

ABŞ-da sosial media istifadəçiləri üçün yaş məhdudiyyəti gətirilib

Bakı, TurkicWorld:

ABŞ-da 14 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun imzalanıb.

TurkicWorld xəbər verir ki, sosial medianın asılılıq yaradan xüsusiyyətləri ABŞ-ın Florida ştatında profilaktik qanunun imzalanmasına səbəb olub.

Yeni qanuna görə, 2025-ci il yanvarın 1-dən etibarən 14 yaşdan kiçik uşaqlar sosial media platformalarında hesab yarada bilməyəcək.

Bundan əlavə, Florida ABŞ-da sosial mediaya məhdudiyyətlər qoymaq istəyən yeganə ştat deyil, digər ştatlarda da oxşar tədbirlər üçün araşdırmalar aparılır.