İsrail bu həftə Qəzzanın şimalına göndərilən bütün ərzaq karvanlarını əngəlləyib - BMT

İsrail bu həftə Qəzzanın şimalına göndərilən bütün ərzaq karvanlarını əngəlləyib - BMT

Bakı. TurkicWorld:

İsrail bu həftə Qəzzanın şimalına göndərilən bütün ərzaq karvanlarını əngəlləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

O, İsrailin aclıq və susuzluqdan əziyyət çəkdiyi Qəzzanın şimalına bu həftə göndərilməsi nəzərdə tutulan bütün ərzaq karvanlarının qarşısını aldığını açıqlayıb.

"Bu həftə Qəzzanın şimalına daxil olmaq istəyən bütün ərzaq karvanlarımıza (İsrail tərəfindən) maneə törədilib." – deyə Lazzarini deyib.

Dünən verdiyi açıqlamada Lazzarini xatırladıb ki, UNRWA son dəfə Qəzzanın şimalına təxminən iki ay əvvəl yardım göndərə bilib.

“İsrail səlahiyyətliləri Qəzzanın ən böyük humanitar təşkilatı olan UNRWA da daxil olmaqla, Qəzzanın şimalına geniş miqyaslı ərzaq yardımının çatdırılmasına icazə verməlidir” – deyə baş komissar vurğulayıb.

Lazzarini, İsrailin yardımın çatdırılmasına icazə vermədiyi təqdirdə uşaqların aclıq və susuzluqdan ölməyə davam edəcəyinə diqqət çəkib.

Hafiz Rufizoğlu