BMT antisemitizmi və terrorizmi təşviq edir – İsrail XİN

BMT antisemitizmi və terrorizmi təşviq edir – İsrail XİN

Bakı. TurkicWorld:

Quterreşin rəhbərliyi altında BMT antisemitizm və terrorizmi təşviq edir.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Xarici işlər naziri İsrael Katz deyib.

“Antonio Quterreş Rəfah keçidinin Misir tərəfində dayandı və heç bir şəkildə humanitar yardımları talayan Həmas yaraqlılarını və BMT-ni qınamadan Qəzzadakı humanitar vəziyyətə görə İsraili günahlandırdı.” – deyə o qeyd edib.

Kats iddia edib ki, Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi terrorçularla əməkdaşlıq edir.

"Quterreşin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatı terrorizmi qoruyan və təşviq edən antisemit və anti-İsrail qurumuna çevrildi."- deyə Katz bildirib.

Hafiz Rufizoğlu