Biz terrorizmin bütün formalarını pisləyirik - Blinken

Biz terrorizmin bütün formalarını pisləyirik - Blinken

Bakı. TurkicWorld:

Biz terrorizmin bütün formalarını pisləyirik.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, dünən Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə pisləyib.

“Biz terrorizmin bütün formalarını pisləyirik və bu dəhşətli hadisəyə yas tutan rus xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik” – deyə Blinken qeyd edib.

Xatrıladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib.

Sosial mediada paylaşılan görüntülərdə terrorçuların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görülüb.

Konsert zalının yerləşdiyi binanın damında yanğın baş verib, dam örtüyü bir müddət sonra uçub.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən dörd terrorçu da daxil olmaqla 11 nəfərin saxlanıldığını açıqlayıb.

Hafiz Rufizoğlu