Moskvada mülki şəxslərə edilən hücum qəbuledilməzdir – Avropa İttifaqı

Moskvada mülki şəxslərə edilən hücum qəbuledilməzdir – Avropa İttifaqı

Bakı. TurkicWorld:

Moskvada mülki şəxslərə edilən hücum qəbuledilməzdir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktına reaksiya verib və mülki şəxslərə qarşı edilən bütün hücumları pislədiyini bəyan edib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano X hesabında etdiyi şərhdə, Aİ-nin hücum xəbərindən "şok və dəhşətə gəldiyini" bildirib.

Qeyd edək ki, Moskvanın “Crocus City Hall” konsert salonuna hücumda 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hücum edənlərin tutulması üçün istintaq başladılıb.

Hafiz Rufizoğlu