Qəzza zolağındakı xəstəxanalara giriş artıq mümkün deyil

Qəzza zolağındakı xəstəxanalara giriş artıq mümkün deyil

Bakı. TurkicWorld:

Qəzza zolağındakı xəstəxanalara giriş artıq mümkün deyil

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus deyib.

“İsrailin bombardmanları altında olan Qəzza zolağının şimalında təxminən 30 min köçkün fələstinlinin sığındığı Şifa xəstəxanası və ətrafına edilən hücumlardan narahatıq. Artıq xəstəxanaya giriş qeyri-mümkündür.” – deyə baş direktor qeyd edib.

O bildirib ki, Qəzzanın şimalında beş yaşdan kiçik uşaqların 16 faizi aclıqdan əziyyət çəkir.

"Yardım çatdırılması üçün müraciətlərimiz tez-tez rədd edilir." – deyə Qebreisus vurğulayıb.

Baş direktor qeyd edib ki, Qəzza zolağına quru yoldan aparılan yardımlar geniş miqyaslı aclığın qarşısını ala bilər.

“Tibb işçilərimiz xəstəxanalara dərman, yanacaq və qida paylamaq üçün yüksək riskli missiyalar yerinə yetirirlər.” – deyə Qebreisus bildirib.