Qəzzada yardım paylanmasına məhdudiyyətlər davam edir - BMT

Qəzzada yardım paylanmasına məhdudiyyətlər davam edir - BMT

Bakı. TurkicWorld:

Qəzzada yardım paylanmasına məhdudiyyətlər davam edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib.

Təşkilat Qəzzada humanitar yardımın paylanmasına qoyulan məhdudiyyətlərin davam etdiyini, ehtiyacı olan minlərlə insana vaxtında yardımın çatdırılmasına mane olduğunu bildirib.

“Qəzzanın şimalına edilən 24 yardım əməliyyatından yalnız 11-i martın ilk iki həftəsində həyata keçirilib. İsrail digərlərinin qarşısını alıb, ya da təxirə salıb.” – deyə BMT mətbuat katibinin müavini Fərhan Haq deyib.

Haq, humanitar yardımın paylanması ilə bağlı davam edən məhdudiyyətlərin minlərlə ehtiyacı olan insana vaxtında yardımın çatdırılmasına mane olduğunu və Qəzzanın şimalına daxil olmaq üçün İsrail səlahiyyətlilərindən hər gün icazə alınması lazım olduğunu bildirib.

Haq qeyd edib ki, Dünya Ərzaq Proqramına görə, insanların əsas ehtiyaclarını ödəmək üçün hər gün ən azı 300 yardım maşını Qəzzaya girməlidir.

Hafiz Rufizoğlu