NATO-nun Avropadakı bazasının tikintisində Türkiyə şirkətləri də iştirak edəcək - KİV

NATO-nun Avropadakı bazasının tikintisində Türkiyə şirkətləri də iştirak edəcək - KİV

Bakı. TurkicWorld:

NATO-nun Rumıniyada hərbi bazasının tikintisində Türkiyə şirkətləri də iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Hazırda tərəflərin bu barədə danışıqlar apardığı bildirilir.

Xatırladaq ki, ötən gün "Euronews" Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisinin başladığına dair məlumat yayıb.

Bazanın NATO-nun Rumıniyanın cənub-şərqindəki aviabazasının genişləndirilməsi hesabına yaradılacağı qeyd olunub. Rumıniya hökuməti bu məqsədlə 2,5 milyard avro vəsait ayırıb.

"2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də, məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana da daxildir", - deyə məlumatda qeyd olunub.

Genişləndiriləndən sonra bazanın sahəsinin 2,8 min hektar olacağı bildirilib.