Avstraliya UNRWA-ya maliyyələşdirməni bərpa edir

Avstraliya UNRWA-ya maliyyələşdirməni bərpa edir

Bakı,TurkicWorld

Avstraliya BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə ( UNRWA ) maliyyələşdirməni davam etdirəcəyini bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penny Vong, ölkəsinin bu həftə Milli Təhlükəsizlik Komitəsinin araşdırmasından sonra UNRWA-ya yardım etmək qərarına gəldiyini söyləyib.

Vonq bildirib ki, Avstraliya UNRWA və digər donor ölkələrlə məsləhətləşdikdən və BMT agentliyindən əlavə zəmanətlər aldıqdan sonra dayandırılmış 6 milyon Avstraliya dolları (3,9 milyon ABŞ dolları) məbləğində maliyyə vəsaitini təşkilata verəcək.

” Qəzza zolağında insanlar aclıqla üzləşirlər və UNRWA aclıq astanasında olanlara yardım göstərmək üçün vacibdir”-deyə o bildirib.