Mərakeş Qəzzaya yardım üçün diplomatik kanallardan istifadə edir

Mərakeş Qəzzaya yardım üçün diplomatik kanallardan istifadə edir

Bakı. TurkicWorld:

Mərakeş Qəzzaya yardımı təmin etmək üçün diplomatik kanallardan istifadə edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Mərakeşin ABŞ-dakı səfiri Youssef Amrani deyib.

"Bu gün vacib olan Fələstin xalqına kömək etməkdir",- deyə o qeyd edib.

Amrani onu da vurğulayıb ki, yardıma gənclərin və xüsusilə yaşlıların əziyyətini yüngülləşdirmək üçün ərzaq və dərmanlar daxildir.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 31 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01