Rumıniya prezidenti  NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb

Rumıniya prezidenti  NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb

Bakı. TurkicWorld:

Rumıniya prezidenti Klaus Yohannis NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yohannis ölkəsinin NATO-ya üzv olmasının 20-ci ildönümü münasibətilə verdiyi açıqlamasında deyib.

“Rumıniyanın fəaliyyəti mənim iki prezidentlik müddətində təcrübəmə, NATO, Avropa və xüsusən də regionumuzun üzləşdiyi çətinlikləri dərindən dərk etməyimə və NATO-nun əsas dəyərlərinə və məqsədlərinə qəti sədaqətimə əsaslanır” -deyə Rumınya prezidenti bildirib.

O qeyd edib ki, biz təhlükəsizlik baxımından son onilliklərin ən çətin dövrlərini yaşayırıq.

Yohannis bildirib ki, səlahiyyət müddəti ərzində o, NATO-nun 2,5 faizi ilə Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləmək məqsədinə nail olub.

Hafiz Rufizoğlu