BƏƏ-də Ramazan ayı ilə əlaqədar iş saatları qısaldılıb

BƏƏ-də Ramazan ayı ilə əlaqədar iş saatları qısaldılıb

Bakı. TurkicWorld:

Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayı ilə əlaqədar iş saatları qısaldılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, iş saatları iki saat qısaldılıb.

Qeyd edilib ki, bu həm oruc tutanlar, həm də tutmayanlar üçün keçərlidir.

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirliyi Nazirliyinin dünən verdiyi açıqlamada, iki saatlıq qısaldılmış iş vaxtından artıq işləyən insanlara əlavə iş haqqının ödənilməsinin məcburi olduğu bildirib.

BƏƏ Maliyyə müşaviri Keren Bobker qeyd edib ki, işçilərdən artıq iş saatı tələb etmək qanunidir, lakin Ramazan ayında heç kim tam iş günü işləməyə məcbur edilə bilməz.

Bobker bildirib ki, yeni qaydanı tətbiq etməyən şirkətlərin işçiləri nazirliyə şikayət edə bilərlər.

Hafiz Rufizoğlu